Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > ABŞ-dan Azadlığa Dəstək Qanununa 907-ci düzəlişlə bağlı QƏRAR
ABŞ-dan Azadlığa Dəstək Qanununa 907-ci düzəlişlə bağlı QƏRAR4-07-2022, 12:28. |
Dövlət Departamentinin Federal Reyestrin son buraxılışında dərc edilmiş bildirişində deyilir ki, ABŞ Azadlığa Dəstək Qanununun Azərbaycana yardımla bağlı 907-ci maddəsinin tətbiqindən imtina müddətini uzadıb. Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri xəbər verib. Rəsmi hesabatlara əsasən, ABŞ-ın Azərbaycana istənilən birbaşa yardımını qadağan edən 907-ci düzəlişin dondurulmasına rəsmi icazə dövlət katibinin idarəetmə məsələləri və resurslar üzrə müavini Brayan MakKeon tərəfindən imzalanıb. "Azadlığa Dəstək Qanununa 907-ci düzəlişdən imtinanın uzadılması və Azərbaycan hökumətinə yardımın davam etdirilməsi. Bununla Azadlığa Dəstək Qanununa Azərbaycanla bağlı 907-ci düzəlişdən imtina müddətinin uzadıldığını müəyyən və təsdiq edirəm: * Bu, ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizə səylərinə dəstək üçün zəruridir və ya * Beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın və ya koalisiyaya daxil olan tərəfdaşlarının silahlı qüvvələrinin əməliyyat hazırlığına dəstək üçün zəruridir və ya * Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir, həmçinin * Ermənistan və Azərbaycan arasında davam edən dinc nizamlanma cəhdlərini pozmur və onlara mane olmur, yaxud Ermənistana qarşı hücum üçün istifadə olunmur. 21 iyun 2022-ci il. Brayan P.MakKeon, Dövlət katibinin idarəetmə məsələləri və resurslar üzrə müavini". ABŞ Konqresi Azadlığa Dəstək Qanununa 907-ci düzəlişi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı qəbul edib. 2001-ci il sentyabrın 11-dən sonra Konqres prezidentə 907-ci düzəlişə riayət etməkdən imtina hüququ verən xarici əməliyyatlar üçün ayrılan yardımlar haqqında qanun qəbul edib və ABŞ-ın bütün sonrakı administrasiyaları bununla razılaşıblar. Geri qayıt |