Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Azərbaycandakı İran səfiri ilə İsrail səfiri arasında DİPLOMATİK QALMAQAL
Azərbaycandakı İran səfiri ilə İsrail səfiri arasında DİPLOMATİK QALMAQAL25-07-2022, 13:53. |
Sosial şəbəkələrdə İsrail və İranın Azərbaycandakı səfirlərinin ətrafında qəribə diplomatik qalmaqal baş verir. Civilazerbaijan.com bildirir ki, qalmaqal iyulun 20-də İsrail səfiri Corc Dik ona hədiyyə edilmiş Təbriz haqqında kitab barədə Tvitterdə məlumat yaydıqdan sonra baş verib. Kitabda Azərbaycan tarixi və İranın şimalında yerləşən bu şəhərin mədəniyyətindən danışılır. Bu tvit İran səfiri Seyid Abbas Musəviyə ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib: "Bu macəraçı oğlanın məlumatı üçün: bizim sevimli İran şəhərimiz Təbriz İranın qürurlu tarixində BİRİNCİLƏRİN torpağı kimi tanınır. Görünür, bu BİRİNCİ bədxah sionist qısqanc Təbriz xalqı tərəfindən dəfn ediləcək. Heç vaxt bizim qırmızı xəttimizi keçməyin!” Bu gün İran səfirinin Tehrana getdiyi və xarici işlər naziri Abdullahian ilə görüşdüyü məlum olub. İran tərəfinin məlumatına görə, səfirə Azərbaycanla münasibətləri bundan sonra da "möhkəmləndirmək" tapşırılıb. Görünür, Tehranda hesab ediblər ki, Təbrizin Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri olması faktına etinasızlıq Bakı və Tehran arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Bu arada, Tvitterdə İsrail səfirinə dəstək kampaniyası və Təbrizin tarixinə dair kitabı almaq çağırışları başlayıb. Eyni zamanda, İran tərəfinin hərəkəti "diplomatiyanın təhqir olunması" kimi qiymətləndirilib, Turanın məlumatında deyilir. Qeyd edək ki, Təbriz Cənubi Azərbaycanın mərkəzidir, əhalisi əsasən azərbaycanlılardır. İranda 30 milyona yaxın etnik azərbaycanlı yaşayır. Geri qayıt |