Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Mehdinin Xidmətçiləri Birliyi Azərbaycan səfirliyinə hücumun səbəblərini açıqladı - RƏSMİ

Mehdinin Xidmətçiləri Birliyi Azərbaycan səfirliyinə hücumun səbəblərini açıqladı - RƏSMİ


7-08-2022, 23:13.
title}

“Mehdinin Xidmətçiləri Birliyi”nin yaradıcısı Yasir Əl-Həbib

Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum təşkil edən “Mehdinin Xidmətçiləri Birliyi” (The Mahdi Servants Union) aksiyanın səbəblərini açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə avqustun 7-də təşkilat press-reliz yayıb. Radikal şiə təşkilatı hücumun “Azərbaycan Prezidenti İlham Əliyev və onun hökumətinə qarşı həyata keçirildiyini” bildirib.

“Mehdinin Xidmətçiləri Birliyi” iddia edir ki, Azərbaycan hakimiyyəti əhalinin təqib edilməsinə, dindarların azadlıqlarının və şəxsi həyatının pozulmasına görə məsuliyyət daşıyır.

“Son günlərdə müqəddəs şəxsiyyət və azadlıq simvolu İmam Hüseynin adını yazdığına görə təhqir və təqiblərə məruz qalan bir qadının təqibi son damla oldu. “Mehdinin Xidmətçiləri Birliyi” dünya ictimaiyyətindən şiə xalqlarının müdafiəsi üçün təcili tədbirlər görməyi və onların fundamental dini etiqad azadlığının təmin edilməsini tələb edir", - deyə press-relizdə qeyd olunub.



Rəhbəri Yasir Əl Həbib olan MNB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. Təşkilat həm də İran hökumətini tənqid edir. Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.

Bu təşkilat 2010-da xeyriyyə təşkilatı olaraq qeydiyyatdan keçib. 2012-ci ildə özünü ləğv edəndən sonra adından istifadə edərək insanlardan pul yığırmış. Üstəlik, 3 maliyyə hesabatını da 25 min funt-sterlinq gəlir, 25 min funt sterlinq xərcləmə olaraq təqdim edib. Sonra rəsmi qurumlar araşdırma başladıb, onun xeyriyyə təşkilatı statusunu ləğv ediblər.



Təşkilatın Azərbaycan səfirliyinə təşkil etdiyi hücumla bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başladılıb. Rəsmi Bakı həmçinin Böyük Britaniya hökümətinə öz etirazını bildirib.
Geri qayıt