Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Əbülfəz Məlikov "gömrükçülərin işi" üzrə saxlanılıb
Əbülfəz Məlikov "gömrükçülərin işi" üzrə saxlanılıb8-08-2022, 13:18. |
"Broker” MMC-nin rəhbəri, sahibkar Əbülfəz Məlikov saxlanılıb. Civilazerbaijan.com bildirir ki, bu barədə yerli KİV məlumat verib. Həmin mənbələrə görə, o, Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırdığı yüksək vəzifəli gömrük əməkdaşlarının cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunub. Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti" ilə tanınır. Bundan əvvəl mediada bildirildiyi kimi, Azərbaycanda qeyri-qanuni rüsumlarla ölkəyə mal gətirən sahibkarların vergiyə cəlb edilməsi “broker xidmətləri” adlanan sxemlərlə həyata keçirilib. Sahibkarla gömrük məmuru arasında “birbaşa əlaqələr”in istisna edilməsi bəhanəsilə sənədləşmə işləri “brokerlər” vasitəsilə həyata keçirilib. İddialara görə, Məlikov müəyyən ödəniş müqabilində malların xeyli aşağı qiymətlərlə sənədləşdirildiyi böyük strukturlardan birinə nəzarət edib. Bu, Məlikovun vasitəsilə işləyən firmalara üstünlükləri yaradıb, eyni zamanda, dövlətə vergi daxilolmalarının azaldılmasından yetərincə vəsait daxil olmayıb. KİV-in yazdığına görə, Məlikov dövlət büdcəsinə vergi və gömrük ödənişlərindən yayınmaqda, vəzifə saxtakarlığında şübhəli bilinərək cəlb olunub. Həmçinin iddia olunur ki, Məlikov müəyyən növ mallar üzrə idxal inhisarlarına sahib olub. KİV-in məlumatına görə, Məlikov Fövqəladə Hallar Nazirliyi rəhbərinə yaxın adamdır, əvvəllər isə Dövlət Gömrük Komitəsinin rəhbəri Kəmaləddin Heydərova yaxın olub. Ən azı Heydərovun övladlarının sahibi olduğu “Gilan” holdinqə daxil olan "Qəbələ aqrokompleks" məhdud məsuliyyətli cəmiyyətin təsisçisidir. Hələlik hüquq-mühafizə orqanları Əbülfəz Məlikovun saxlanılması barədə məlumatı rəsmi olaraq təsdiqləməyiblər. Geri qayıt |