Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycanda dövlət qurumu və banklara genişmiqyaslı kiberhücumlar olub - RƏSMİ AÇIQLAMA

Azərbaycanda dövlət qurumu və banklara genişmiqyaslı kiberhücumlar olub - RƏSMİ AÇIQLAMA


8-08-2022, 21:46.
title}


Avqustun 8-də Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı genişmiqyaslı kiberhücumlar olub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən “Report” məlumat yayıb. Hansı internet resursunun sıradan çıxarılmasına dair bilgi verilməyib.

Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) ötən həftə Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq etmişdi.

Bu ilin aprel ayında İcbari Tibbi Sığorta Bürosunun internet resursu kiberhücuma məruz qalmışdı. Hücumu edən hakelərin internet resurslarında yaydığı məlumatlara görə, İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunurdu.

Kiber hücumun “DarkNet” internet resurslarında “AngryBoy” təxəllüslü haker tərəfindən edildiyi deyilir. Büronun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunurdu.

Həmin vaxt Meydan TV-yə açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirmişdi ki, mövcud vəziyyət hazırda bu sahədə ciddi çatışmazlıqların və problemlərin olmasından xəbər verir.

O hesab edir ki, Prezidentin müvafiq fərmanı əsasında hazırlanmalı olan “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi haqqında Qaydalar” tez bir zamanda qəbul edilməlidir.

Onun fikrincə, kritik hesab olunacaq qurumların siyahıları təsdiqlənməlidir:

“Eyni zamanda fərdi məlumatların qorunması haqqında qanunvericiliyimiz də son zamanlar qəbul edilən yeni Avropa standartlarına uyğunlaşdırılmalıdır. Fərdi məlumatları qoruya bilməyən dövlət və özəl sektora qarşı cəzalar sərtləşdirilməlidir”.
Geri qayıt