Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Video / Manşet / Üst manşet > Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası - VIDEO

Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası - VIDEO


2-09-2022, 20:57.
title}


Sentybarın 1-də bir qrup zərəçəkmiş kimi tanınan şəxs keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Bakının Nardaran qəsəbəsinin bağlar massivindəki bağ evinin qarşısında etiraz aksiyası keçirib.

Civilazerbaijan.com
bildirir ki, sosial şəbəkələrdə yayılan fotolarda eirazçıların “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış şüarlar qaldırdığı görünür.

Etirazçılar ləğv edilmiş Milli Təhlükəsiizlik Nazirliyi tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər. Onlara vurulan ziyanın ödənilməsini tələb ediblər.

“Hazırda Bakı Hərbi Məhkəməsində baxılan cinatət işində Eldar Mahmudov hansı səbədən kənarda saxlanılır? Bu cinayətlərin başında Eldar Mahmudov durub. O hazırda həbsdə olan Mövlam Şıxəliyevlə ( keçmiş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi) bir yerdə olmalıdır. Hansı səbəbdən ailələri, ziyalıları məhv etmiş bir adam imarətlərdə yaşayır, cinayət məsuliyyətinə cəlb edilmir? Mahmudov bu işlərin birbaşa iştirakçısıdır, alınan rüşvət pulların çox hissəsi birbaşa Eldar Mahmudova çatıb. Məndən həbsdən azad olunmağım müqabilində 2 milyon dollar pul alıbıar. İndu pulumu geri qaytarmırlar,” aksiyada iştirak edən zərərçəkmiş kimi tanınan Hüseyn Səfərov bildirib.

Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını da tələb edib.

DİN-in Mətbuat Xidməti aksiya dinc şəraitdə keçdiyini, insident qeydə alınmadığını bildirib.

2022-ci il iyulun 26-da Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şixəliyevin 14 il, MTN-nin keçmiş əməkdaşları - Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12 il, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş ümumilikdə bazar qiyməti 9 milyon manatdan çox dəyərləndirlən daşınmaz əmlaklarının da müsadirə edilməsini məhkəmədən xahiş edib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizləmələrindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Daha sonra 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

Baş Prokurorluğun 2016-cı ildə “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.


Geri qayıt