Əsas Səhifə > Azərbaycan > Futzal üzrə Azərbaycan millisi seçmə yarışlara qələbə ilə başladı

Futzal üzrə Azərbaycan millisi seçmə yarışlara qələbə ilə başladı


8-04-2017, 22:19.
title}
Futzal üzrə Azərbaycan millisi seçmə yarışlara qələbə ilə başladı


Futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

SİVİL.AZ xəbər veir ki, qrupun favoritlərindən hesab olunan Biro Jadenin rəhbərlik etdiyi yığma ilk görüşdə Bosniya və Herseqovina millisini üstələyib - 5:4.

Qrupdakı digər oyunda isə Macarıstan Albaniyanı 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, B qrupun bütün oyunları Bakı İdman Sarayında keçirilir. Azərbaycan millisi aprelin 10-da Albaniya yığması ilə qarşılaşacaq. Görüş saat 18:30-da başlayacaq.

Geri qayıt