Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > İkinci Qarabağ müharibəsində səfərbərliklə orduya gedənlər aksiya keçirib

İkinci Qarabağ müharibəsində səfərbərliklə orduya gedənlər aksiya keçirib


12-09-2022, 13:09.
title}


İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslərdən bəziləri bu gün, sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyinin Bakıdakı binası qarşısında etiraz aksiyası keçirib.

Civilazerbaijan.com
Azadlıq Radiosuna istinadla bildirir ki, onlar "müharibə iştirakçısı" statusunun verilməməsindən şikayətləniblər.

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar: "Biz arxa cəbhədə olmuşuq. Əlimizdə silah da olub. Qarda, palçıqda xəstə əsgərlərin əvəzinə xidmət etmişik. Hərbi hissənin yarısı döyüş əmrində olub. Qalanlar isə həmin döyüşənlərlə bir yerdə status alıb. Onlardan bizim fərqimiz nədir? Hətta İkinci Dünya müharibəsində arxa cəbhədə olan şəxslərə müharibə iştirakçısı statusunu verirdilər".

Onların sözlərinə görə, Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə müraciət ediblər: "Gah deyirlər ki, ilin axırı veriləcək, gah deyirlər ki, siz tamamlama olmusuz, sizə düşmür. Niyə düşmür?! Məni səfərbər edib komissarlığa göndərmisən. Mən "voenkomat"dan çıxmışamsa, deməli, döyüş əmri ilə hərbi hissəyə daxil olmuşam. Hətta orada təlimdə olmuşam".

Daha sonra aksiya iştirakçılarından beş nəfər Müdafiə Nazirliyinə qəbula dəvət olunub. Aksiya insidentsiz başa çatıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Nazirliyə qəbula gedənlərlə də sonradan danışmaq cəhdi alınmayıb.

Bundan əvvəl də status ala bilməyən keçmiş hərbi qulluqçuların Müdafiə Nazirliyi qarşısında aksiyası olub. Onlara şikayətlərinin araşdırılacağı bildirilmişdi.
Geri qayıt