Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Ceyhun Bayramov və Ararat Mirzoyan Antoni Blinkenin iştirakı ilə Nyu Yorkda görüşüb - NƏTİCƏ
Ceyhun Bayramov və Ararat Mirzoyan Antoni Blinkenin iştirakı ilə Nyu Yorkda görüşüb - NƏTİCƏ20-09-2022, 12:09. |
Bazar ertəsi Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Dövlət Katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovla Ermənistan Respublikası Xarici İşlər Naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Civilazerbaijan.com bildirir ki, görüşdən oncə verdiyi bəyanatda ABŞ-ın baş diplomatı ötən həftə Azərbaycan və Ermənistan arasında döyüşlərdə həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Blinken atəşkəsin bərqərar olmasından və ötən bir neçə gün ərzində döyüşlərin qeydə alınmamasından məmnunluğunu ifadə edib. "Güclü, davamlı diplomatik təmaslar hər kəs üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasındakı fikir ayrılıqlarının hərbi həll yolu yoxdur," Blinken bəyan edib və Birləşmiş Ştatların bu istiqamətdə diplomatik səyləri dəstəkləmək üçün əlindən gələni əsirgəməməyə hazır olduğunu bildirib. Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda nazir Ceyhun Bayramovun 12-14 sentyabrda sərhəddə baş verən toqquşmalara görə Ermənistanın “təxribatlar” və “hücumlar"ını səbəb göstərdiyi qeyd olunur. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycan qüvvələrinin “Ermənistan Respublikasının suveren ərazilərindən” çıxarılmasına və əlavə eskalasiyaların qarşısını almaq üçün “beynəlxalq mexanizmlərin” təqdim olunmasına çağırıb. "Ermənistan Xarici İşlər Naziri humanitar məsələlərin dərhal həll olunmasının, o cümlədən müharibə əsirlərinin qaytarılmasının vacibliyini vurğulayıb," Ermənistan XİN-in yaydığı bəyanatda bildirilir. Bayramov öz növbəsində diqqəti Ermənistanın 30 il ərzində Azərbaycanın “beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara” çəkib. "Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib," Azərbaycan XİN-in bəyanatında bildirilir. Amerikanın Səsinin məlumatında qeyd olunur ki, tərəflər sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması istiqamətində səylərə hazır olduqlarını ifadə ediblər. Geri qayıt |