Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycanda Anım Günü qeyd olunur

Azərbaycanda Anım Günü qeyd olunur


27-09-2022, 12:09.
title}


Bu gün, 27 sentyabr Azərbaycanda Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən Müharibəsinin başlanması ilə əlaqədar Anım Günü qeyd olunur.

Civilazerbaijan.com
bildirir ki, müharibə 44 gün davam edib və noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin atəşkəs haqda bəyanatı imzalaması ilə başa çatıb. Bəyanat 2020-ci il noyabrın 10-dan qüvvəyə minib.

Həmin vaxta qədər 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 4 qəsəbə və 240 kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edilmişdi. Bəyanata əsasən Ermənistan qoşunlarını çıxararaq Kəlbəcər, Ağdam, Laçın rayonlarını Azərbaycana qaytarıb.

Bu gün Azərbaycan vətəndaşları Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi uğrunda canlarından keçmiş 2908 şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

Saat 12.00-da bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.

Anım Günü prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilib
Geri qayıt