Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Avropa Məhkəməsindən Azərbaycanla bağlı 5 yeni QƏRAR
Avropa Məhkəməsindən Azərbaycanla bağlı 5 yeni QƏRAR29-09-2022, 20:29. |
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 29-da Azərbaycandan göndərilən 26 şikayət üzrə 5 yeni qərarını elan edib. Məhkəmə 2 şikayəti qəbuledilməz sayıb. Digər işlərdə tərəflər dostca anlaşıblar. Civilazerbaijan.com bildirir ki, bu barədə aihmaz.org məlumat verib. Sarıyev və 14 başqa ərizəçi Azərbaycana qarşı işində ərizəçilər toplaşmaq hüquqlarının (Maddə 11) pozuntusundan şikayət ediblər. Kommunikaya mərhələsində tərəflər dostca anlaşma bağladıqlarına görə, AİHM ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Anlaşmaya görə, hökumət 15 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 39 000 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 6000 avro ödəyəcək. Ərizəçilər, - Nurlan Sarıyev, Kazım İmanov, Məcnun Pirəliyev, Araz Səmədov və Şəfəq Səmədova, İlham Hüseynov, Yalçın Abdullayev, Emil Səlimov, Saqif Qurbanov, Emil Maniyev, Bəhruz Həsənov, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Yalçın Abdullayev, Məhərrəm Rzayev, Füzuli Hüseynovdur. Şahhüseynov və 7 başqa ərizəçi Azərbaycana qarşı işi də toplaşmaq hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Bu işdə də tərəflər kommunikasiya mərhələsində anlaşıblar. Anlaşmaya görə, hökumət 8 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 20 800 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 1000 avro ödəyəcək. Ərizəçilər, - Füzuli Şahhüseynov, İmaməddin Məhərrəmli, Məhəmməd Həbibov, Salman Sultanov, Azər Şamxalov, Ayaz Məhərrəmov, Xalqı Hüseynov və Vəlixan Hüseynov, Babək Həsənovdur. Xatırladaq ki, yuxarıdakı iki iş üzrə hökumətlə dostcasına anlaşanların əksəriyyəti müxalifət fəallarıdır. Onların şikaəyətləri 2017 və 2019-cu illərdə göndərilib. Elçin Rəşidov Azərbaycana qarşı işi daxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı oluub. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşdıqlarına görə, AİHM şikayətin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3250 avro ödəyəcək. Digər iki iş üzrə isə şikayəti qəbuledilməz elan edilib. Geri qayıt |