Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Armen Qriqoryandan sülh sazişi və Qarabağ üzrə beynəlxalq mexanizm barədə AÇIQLAMA

Armen Qriqoryandan sülh sazişi və Qarabağ üzrə beynəlxalq mexanizm barədə AÇIQLAMA


13-10-2022, 18:53.
title}


Ermənistan “Dağlıq Qarabağ və Azərbaycanın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarını müzakirə etməsi üçün beynəlxalq mexanizm” yaratmağa çalışacaq.

Civilazerbaijan.com
bildirir ki, bu barədə oktyabrın 12-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələlər Vaşinqtonda onun Entoni Blinken və Cek Sallivan, eləcə də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri zamanı müzakirə olunub.

“Əsas gündəlik Dağlıq Qarabağ və Azərbaycanın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarını müzakirə etməsi üçün beynəlxalq mexanizmi necə yarada biləcəyimizdən ibarət idi”, - o deyib.

Qriqoryan bildirib ki, onlar həmçinin qrafiki ilin sonuna qədər müəyyən edilən sülh sazişinin şərtlərini, o cümlədən delimitasiya məsələsini müzakirə ediblər.

“İlin sonunadək sülh sazişi olmalıdır, həmçinin razılıq vardı ki, ilin sonuna qədər delimitasiya aparılsın, yəni sülh sazişi və delimitasiya bir-biri ilə əlaqəlidir”, - Qriqoryan söyləyib, Turanın xəbərində qeyd olunur.

“Gündəlikdə Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması da var, biz blokadanın aradan qaldırılmasını da müzakirə etdik. Burada mühüm məsələ odur ki, Ermənistanda və regionda, o cümlədən Azərbaycanda blokadanın aradan qaldırılması qarşılıqlılıq prinsipi əsasında baş tutacaq”, - o deyib
Geri qayıt