Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > BMT Beynəlxalq Məhkəməsindən Ermənistanın Azərbaycana qarşı vəsatəti ilə bağlı QƏRAR
BMT Beynəlxalq Məhkəməsindən Ermənistanın Azərbaycana qarşı vəsatəti ilə bağlı QƏRAR21-10-2022, 14:43. |
Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Məhkəməsi Azərbaycan-Ermənistan sərhədində sentyabr toqquşmaları ilə əlaqədar Ermənistanın Azərbaycana qarşı qaldırdığı iş üzrə müvəqqəti tədbirlər haqqında 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə Yerevanın vəsatətini təmin etməyib. Civilazerbaijan.com bildirir ki, Məhkəmə Ermənistanın 16 sentyabr 2022-ci il tarixində təqdim etdiyi yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını qeyd edib. Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilirki, bununla belə, xatırladılır ki, Azərbaycan Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində bəyan etdiyi kimi, sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən videogörüntülərlə bağlı ətraflı təhqiqat aparılır. Təsdiqini tapmış faktlar üzrə cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, Ermənistan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi üzrə heç bir tədbir görmür, çoxsaylı hərbi cinayətlər törətmiş şəxslərin cinayət təqibi üçün heç bir addım atmır və Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı digər qanunsuz hərəkətlərə görə məsuliyyət daşıyır Geri qayıt |