Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > ABŞ səfirliyindən Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı ÇAĞIRIŞ

ABŞ səfirliyindən Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı ÇAĞIRIŞ


4-11-2022, 13:07.
title}


ABŞ-ın Azərbaycandakı səfirliyi dinc toplantıların keçirilməsinə olan maneələrdən narahatlığını ifadə edib.

Civilazerbaijan.com
bildirir ki, ABŞ səfirliyi Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

“Biz əvvəlkitək Azərbaycanda öz konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara təzyiqlərdən narahatıq. Biz hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırırıq”, - ABŞ səfirliyinin mətbuat katibi Elis Spensli vətəndaşların küçə aksiyaları keçirmək üçün konstitusiya hüquqlarının hakimiyyət tərəfindən əngəllənməsilə bağlı Turan-ın sualının cavabında deyib.

Son illər hakimiyyət Azərbaycan Konstitusiyasının birinci maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq müxalifətin və vətəndaş qruplarının küçə aksiyaları keçirməsinə qadağa qoyub. Belə aksiyaların qarşısı polis tərəfindən sərt şəkildə alınır və adətən fəalların həbsilə başa çatır, bu, oktyabrın 24-də, polisin Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı meriyasının qarşısında keçirdiyi etiraz aksiyasını amansız şəkildə yatırması zamanı baş verib.
Geri qayıt