Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Əli İnsanovdan İlham Əliyevin kursunu dəstəkləməsi ilə bağlı AÇIQLAMA

Əli İnsanovdan İlham Əliyevin kursunu dəstəkləməsi ilə bağlı AÇIQLAMA


5-11-2022, 18:51.
title}


Haqq Ədalət Partiyası (HƏP) İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir.

Civilazerbaijan.com
bildirir ki, bunu partiya sədri Əli İnsanov HƏP-in bugünkü İdarə Heyətinin iclasında deyib.

Ə. İnsanov qeyd edib ki, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdə davam edir. O, Azərbaycanın uğurlu xarici siyasət apardığını bildirib.

Partiya sədri İlham Əliyevin yaranan tarixi fürsətlərdən məharətlə yararlandığını, bütün bunları nəzərə alaraq Haqq Ədalət Partiyasının onu dəstəklədiyini qeyd edib.

Əli İnsanov 2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilmiş, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülmüşdü. O, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2019-cu ildə həbsdən çıxdıqdan sonra HƏP-i təsis etmiş və hakimiyyətə qarşı müxalifət olduğunu bəyan etmişdi, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt