Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Meyxanaçı Rəşad Dağlı adam öldürməkdə şübhəli bilinərək saxlanılıb

Meyxanaçı Rəşad Dağlı adam öldürməkdə şübhəli bilinərək saxlanılıb


9-11-2022, 13:14.
title}


Meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov bıçaqla qətl törətməkdə şübhəli bilinir. Onun 43 yaşıl İsgəndər Mehdiyevi qətlə yetirdiyi bildirilir.


Civilazerbaijan.com
bildirir ki, hadisə noyabrın 8-dən 9-na keçən gecə baş verib.


İddia olunur ki, hadisənin başvermə səbəbi İsgəndər Mehdiyevin Rəşad Dağlını təhqir etməsi olub. Öncə onların arasında mübahisə telefonda başlayıb. Zəng eləyən isə İsgəndər Mehdiyev olub.


Telefonda deyilənlərə görə meyxanaçı onun yaşadığı yerə gedib və nəticədə hadisə yaşanıb. 38 yaşlı Rəşad Əmirovun hadisədən sonra gedib polisə təslim olduğu deyilir. Yayılan məlumata görə, qətlə yetirilən şəxs başqa bir meyxanaçı Ələkbər Yasamallının qohumudur.

Rəşad Dağlının saxlanmasını Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.


Qaradağ Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
Geri qayıt