Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Cavid Qurbanovun "qara kassa"sı məhkəmə prosesində niyə və necə "qalib" gəldi?
Cavid Qurbanovun "qara kassa"sı məhkəmə prosesində niyə və necə "qalib" gəldi?11-11-2022, 14:02. |
Xəbər verdiyimiz kimi Gəncə şəhərində fəaliyyət göstərən "Premium Hotel"-in rəhbəri Rasim Məmmədovla CivilAzerbaijan.com xəbər portalı arasında məhkəmə çəkişməsi gedir. Artıq məhkəmə prosesinin ilk mərhələsi yekunlaşıb. Civilazerbaijan.com bildirir ki, Lənkəran Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qətnaməyə görə hal-hazırda İsveçrə Konfederasiyasında siyasi mühacir həyatı yaşayan “Civilazerbaijan.com” saytının təsisçisi və Baş redaktoru, yazıçı-jurnalist Samir Sədaqətoğlu (Hüseynov) “Premium Hotel” haqqındakı araşdırma məqaləsini saytdan çıxarmalı, iddiaçının şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələdiyinə görə sayt vasitəsi ilə üzr istəməli və mənəvi ziyana görə 1000 manat, məhkəmə xərclərinə görə isə 120 manat iddiaçı Rasim Məmmədova ödəməlidir. Əlbəttə, hüquq və ədalətin olmadığı, söz və plüralizmin, insan haqları anlayışının belə məhv edildiyi bir ölkədə hansısa əyalət məhəkəməsinin hakimindən ədalətli qərar gözləyəcək qədər sadəlöhv deyilik. Azərbaycan məhkəmələrinin siyasi qərarlar qəbul etdiyi kimsəyə sirr deyil. Bu artıq hüquqi nihilizmdir. Bu artıq Azərbaycanda məhkəmə sisteminin, haqqın-ədalətin, insan azadlıqlarının, azad fikirin, azad sözün, plüralizmin, jurnalistikanın məhv ediliyinin bariz nümunəsidir. Bu gün illərlə dövlət büdcəsindən xalqa məxsus yüz milyonlarla vəsaiti müxtəlif üsüullarla və adlarla mənimsəyən oliqarx məmurlar hüququ satın alıblar. Azərbaycanda dövlətin, xalqın pulunu basıb yeyən, harınlamış oliqarx məmurlar Femidaya yüz illərdir ədalət tərəzisini daşıyan ədalət ilahəsi kimi yox, sanki alınıb-satılan, həmin o məşhur peşənin simvolu kimi yanaşırlar. Bu gün Azərbaycanda dövlət büdcəsini xərçəng kimi sarmış həmin oliqarx məmurlar məhkəmə hakimlərini də satın ala bilir, istədikləri qərarı qəbul etdirə bilirlər. Məhz bunun əyani sübutudur ki, hazırda Avropa Məhkəməsində Azərbaycanla bağlı yüzlərlə iş kommunikasiya prosesindədir. Elə bu və digər səbəblərdəndir ki, Azərbaycan hər il insan hüquqları, azad söz və plüralizmə görə beynəlxalq təşkilatların hesabatlarında ən axırıncı yerləri tutur. Hətta biz ölkə olaraq təməl insan hüquq və azadlıqları, azad söz və mətbuat azadlığına görə qonşu Ermənistan və Gürcüstandan da beynəlxalq reytinlərdə geridə qalırıq. Bütün bunlar əlbəttə ki, məhkəmələri özlərinə tabe, hakimləri asılı edən, istədikləri qərarları bir telefon zənginə və s. qəbul etdirən, satın alan harın məmurların "əməyinin" nəticəsidir. Ancaq qanunsuzluğun tüğyan etdiyi Azərbaycanda sevindirici haldır ki, cəmiyyətin böyük kəsimi hələ də ruhən də olsa, azaddır. Bizə qarşı Azərbaycanda olan məhkəmə biabırçılığından sonra ictimai-siyasi sektordan, yaradıcı insanlardan aldığımız yüzlərlə dəstək nə zamansa bu torpaqlarda da ədalətin, haqqın zəfər çalacağından xəbər verir. Əlbəttə, biz çox gözəl bilirik ki, bu gün bizi məhkəməyə verən, Azərbaycan konstitutsiyasının və Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddələrini kobudluqla pozaraq məhkəmədə barəmizdə qanunsuz qərar çıxartdırmağa nail olan Rasim Məmmədov heç də sıradan biri deyil. Belə ki, bu və digər formada prosesi ört-basdır etməyə çalışan bu otel müdirinin əslində, sadə sahibkar yox, öz həmyerlisi olan, adı dövlətin yüz milyonlarla vəsaitini mənimsəməkdə hallandırılan, hazırda Rəqəmsal Inkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsində çalışan Cavid Qurbanovun "qara kassası" olduğu deyilir. Əldə etdiyimiz digər informasiyalara görə dövlətdən oğurladığı milyonları etibar etdiyi həmyerlilərinin adına rəsmiləşdirən Cavid Qurbanovun mülklərini idarə edən çoxsaylı şəxslərdən biri də Rasim Məmmədovdur. Lənkəran rayon Məhkəməsinin barəmizdə çıxardığı qərarın da Cavid Qurbanovun tapşırığı ilə verildiyi deyilir. Məlumata görə Rasim Məmmədovun hazırda idarə etdiyi "Premium Hotel", Beton və kərpic zavodları, habelə marketlər şəbəkəsi və digər biznes subyektlərinin hamısı Cavid Qurbanova məxsusdur. Onu da qeyd edək ki, Cavid Qurbanovun hotel və biznes mərkəzlərinə yüz milyonlarla vəsait yatırdığı deyilir. Cavid Qurbanova məxsus ən böyük otel və biznes mərkəzləri şəbəkəsinin Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində olduğu bildirilir. Yaxın günlərdə oxucularımıza bu barədə daha ətraflı məlumatlar, araşdırma yazılar təqdim edcəyik. Geri qayıt |