Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Fransa Senatından Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan QƏTNAMƏ

Fransa Senatından Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan QƏTNAMƏ


16-11-2022, 00:01.
title}


Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib. Toplantıda iştirak edənlərin 296 nəfərdən 295-i layihəni dəstəkləyib, 1 nəfər sənədin əleyhinə səs verib.

Civilazerbaijan.com
bildirir ki, qətnamədə Azərbaycandan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunub.

Eyni zamanda, Azərbaycan və onun tərəfdaşları qarşısında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələbi qoyulub.

“Bütün erməni hərbi əsirləri qaytarılmalıdır. Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir. Fransa hökuməti Dağlıq Qarabağda humanitar büro açmalıdır. Dağlıq Qarabağ Respublikasının müstəqilliyi tanınmalıdır. Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir”,- deyə sənəddə əks olunub.

Hüquqşünas Fuad Ağayev qətnamənin məcburi hüquqi qüvvəsi olmadığını bildirib və onu tövsiyə xarakterli sənəd adlandırıb.

Bu barədə hüquqşünas Meydan TV-yə danışıb.

“Kədərli hal odur ki, Fransa Senatında 1 nəfər qətnamənin əleyhinə səs verib. Bu, onu göstərir ki, Fransa Senatında əksəriyyət beynəlxalq hüquq normalarına heç bir əhəmiyyət vermədən, faktiki vəziyyəti təhrif edərək Azərbaycana qarşı düşmən möveyində olan sənəd qəbul ediblər”, – deyən hüquqşünas daha sonra əlavə edib:

“Halbuki, Fransanın dövlət xadimləri, jurnalistləri Azərbaycanda olub, yetərincə məlumat yaymışdılar, onlar Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalda olmasını, şəhərlərin dağıdılmasını, insanların qaçqın düşərgələrində illərlə qalmasını bilməmiş deyildilər. Bunları bilə-bilə təhrif edilən informasiyalara əsaslanaraq bu dərəcədə qətnamə qəbul etməsi böyük rüsvayçılıqdır”.

Sənəddə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının əks olunmasına gəlincə, o, belə bir səlahiyyətin yalnız Fransa dövlət başçısında olduğunu deyib:

“İnanmıram ki, prezident Makron bu dərəcədə biabırçı addım atsın. Belə bir addım onsuz da gərginlik yaşayan Cənubi Qafqaz-Avropa münasibətlərini daha da çalxalandıra bilər”.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Fuad Ağayev rəsmi Bakı tərəfindən ciddi diplomatik addımların atılmasını vacib sayır:

“Əvvəlcə Azərbaycan Milli Məclisi reaksiya verməlidir, həmçinin, Parisdəki səfirimiz məsləhətləşmələr üçün geri çağrılmalıdır. Yaxud Fransanın Azərbaycandakı səfirinə nota təqdim edilməlidir”.
Geri qayıt