Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin sayı artır
Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin sayı artır17-11-2022, 14:09. |
Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin, habelə baxılması gözlənilən ərizələrin sayı artır. Civilazerbaijan.com bildirir ki, bu barədə AİHM-nin Azərbaycanla bağlı qərarlarının Monitorinq Qrupunun rəhbəri, hüquqşünas Xalid Ağaliyev bildirib. AİHM-nin statistik məlumatlarına əsasən, hal-hazırda Azərbaycandan 2200 ərizəyə baxılması gözlənilir. Bu, əvvəlki illərdə olduğundan çoxdur. Belə ki, 2021-ci ilin sonlarında Azərbaycandan 2092, 2020-ci ilin sonlarında 2040, 2019-cu ilin sonlarında isə 1950 ərizəyə baxılması gözlənilirdi. Bu göstəriciyə görə Azərbaycan Avropa Şurası ölkələri arasında 8-ci yeri tutur. Ümumilikdə bütün Avropa üzrə AİHM-yə müraciətlərin sayı artır. Vətəndaşlar ən çox ədalətli məhkəmə təhqiqatı hüququnun pozulmasından şikayət edirlər. Daha sonra şəxsi toxunulmazlıq azadlığı hüququnun pozulmasından, xüsusən də əsassız həbslərdən şikayətlər gəlir. Bu il fevralın əvvəllərində Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov KİV-ə bildirib ki, son 20 ildə AİHM Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib. Geri qayıt |