Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Suriyadan Türkiyəyə 5 raket atılıb, ölən və yaralananlar var

Suriyadan Türkiyəyə 5 raket atılıb, ölən və yaralananlar var


21-11-2022, 14:36.
title}


"Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

Civilazerbaijan.com
bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: "Yaralılarımızın müalicəsi isə davam edir".

Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.

S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

Qaziantep valisi Davud Gülün məlumatına əsasən, Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında "Pəncə Qılınc" antiterror əməliyyatına start verib.
Geri qayıt