Əsas Səhifə > Azərbaycan > Ermənistan silahlı qüvvələri atəşkəsi 132 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 132 dəfə pozub


9-04-2017, 13:02.
title}
Ermənistan silahlı qüvvələri atəşkəsi 132 dəfə pozub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (32 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.

Müdafiə Nazirliyindən SİVİL.AZ-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, kəndlərində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Geri qayıt