Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Fransa parlamentindən Azərbaycan əleyhinə növbəti QƏTNAMƏ

Fransa parlamentindən Azərbaycan əleyhinə növbəti QƏTNAMƏ


1-12-2022, 12:43.
title}


Noyabrın 30-da Fransa parlamentinin Aşağı Palatası Azərbaycan əleyhinə növbəti qətnamə qəbul edib. Sənəddə "13-14 sentyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü və onun suverenliyini pozması" tənqid edilir.

Civilazerbaijan.com
bildirir ki, qətnamədə "Azərbaycan tərəfindən Ermənistan Respublikasının suveren ərazisinin hərbi işğalına son qoyulması və Azərbaycan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması" çağırışı yer alır.

Aşağı Palata 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrin şərtlərinə ciddi şəkildə riayət etməyə çağırır və Fransa hökumətinə "Cənubi Qafqazda hərbi əməliyyatların dayandırılmasını və mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında olan" beynəlxalq qüvvələr göndərmək üçün BMT ilə işləməyi təklif edir.

Qətnamədə Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olmayan və Ermənistanın KTMT çərçivəsində hərbi yardım çağırışlarına məhəl qoymayan Rusiyanın ünvanına tənqid yer alır.

Qətnamənin preambulasında Azərbaycanın ünvanına beynəlxalq hüququ pozmaq və hərbi cinayətlər törətmək ittihamları əksini tapır. Bununla belə, sənəddə Ermənistan KİV-lərinin yazdığı kimi Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi çağırışı yoxdur, Turanın məlumatında qeyd olunur.

Öz növbəsində, Fransa XİN-in rəsmi nümayəndəsinin bu məsələ ilə bağlı bəyanatında deyilir ki, Fransa parlamentinin (Senat və Aşağı Palatanın) iki qətnaməsi "hökumətin mövqeyini əks etdirmir".

"Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusən də noyabrın 29-da bildirilmişdir, yəni “Fransa sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri bu danışıqlarda irəliləməyə təşviq etməyə davam edir".

Məhz bu məqsədlə prezident Ermənistan və Azərbaycan prezidentlərini Praqada bir araya gətirdi və bu görüş Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə yerləşdirilməsinə xüsusi səbəb oldu", deyə Fransa XİN-in Fransanın Azərbaycandakı səfirliyinin saytında dərc edilmiş bəyanatında bildirilir.
Geri qayıt