Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Daha 23 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub
Daha 23 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub1-12-2022, 14:20. |
Azərbaycan və Aİ arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində noyabrın 30-da 23 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Civilazerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin 1 dekabr tarixli məlumatında deyilir. Geri qəbul prosesi koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilib. Məlumatda qeyd edilir ki, Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunan vətəndaşların üzləşə biləcəkləri mümkün çətinliklərin həlli üzrə tədbirlər həyata keçirir. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra 2021-ci ilin sonlarına qədər 2013 vətəndaş Azərbaycana qaytarılıb. Onların 420 nəfəri keçən il readmissiya olunub. Geri qayıt |