Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Üst manşet > Müğənni Ruhini nazir, yoxsa deputat etmək istəyirlər?
Müğənni Ruhini nazir, yoxsa deputat etmək istəyirlər?8-01-2023, 14:18. |
Son dövrlər özünü cəmiyyətdə daha çox xeyriyyəçi "biznes ledi” kimi tanıdan Ruhi Əliyevanın böyük piarı aparılır. Tovuzlu xanım ən baxımlı kanaldan tutmuş, ən bahalı manşet, ən çəlimsiz sayta kimi hər yanda az qala bütləşdirilir. "Tovuzlu xanım” vurğusu səbəbsiz deyil. Çünki Ruhinin tarixçəsi oradan başlayır. Ruhi Əliyeva 1977-ci il martın 8-də Tovuzda dünyaya gəlib. Ali təhsili barədə məlumat əldə etmədik. Peşəkar səhnəyə 2007-ci ildə qədəm qoyub. Belə deyək, orta məktəbdən 13 il sonra məşhurlaşıb: – ilk klipi çıxıb; – 2009-da yeni albomu təqdim olunub; – teleaparıcılıq edib. Yəqin Putinin tovuzlu dostu İlham Rəhimov barədə eşitmisiniz. Ruhi özündən 26 yaş böyük bu oliqarxla əvvəlcə vətəndaş nikahında, ardınca ailəli olub. O vaxtlar hər kəs Ruhiyə bağışlanan çoxmilyonluq villalardan, qiymətli hədiyyələrdən bəhs edirdi. Cütlüyün uzun müddət övladı olmurdu, elə fikir ayrılığı da o vaxtdan başlayıb. Çünki Ruhi hamilə qalarkən və uşaqları dünyaya gətirmək üçün xaricə yollandıqda onlar artıq ayrılmışdılar. Hətta İlham Rəhimov sabiq millət vəkili Rəbiyyət Aslanova ilə ailə qurmuşdu. Ruhi ölkəyə qayıtdıqdan sonra İlham Rəhimovla onun arasında mal-mülk davaları alovlandı. Səbəb uşaqların atasının övladların ondan olmasına şübhə etməsi idi. Lakin sonradan İlham Rəhimov Ruhi ilə barışıb. Deyilənə görə, uşaqları özünə oxşatmışdı. Əkizlərin himayəyə götürüldüyü, eks cütlüyün ara-sıra görüşdüyü deyilir. Onsuz da İlham Rəhimovun Rəbiyyət Aslanova ilə qısa evliliyi siyasi məqsəd kəsb edirdi. Çünki eks millət vəkilinin oğlu "nurçu qalmaqalı”na qədər Prezident Administrasiyasında şöbə müdiri olub. İlham Rəhimovun deputatlığa 2000-ci ildəki uğursuz cəhdindən sonra siyasətdən gedişi onun parlament eşqində olmadığını deməyə əsas verir. Ona görə də İlham-Rəbiyyət nikahının siyasi tərəfi sirr olaraq qalır. Qayıdaq "Bentley”də (99-RR-002) dolaşan Ruhiyə… Xanım Əliyeva BMT ilə əlaqəsi olmayan agentliklər tərəfindən verilən mükafatı BMT boyda şişirdir. Avropada tanınmayan Avropanın "Şərəf” ordenini alır. "Liatris Holding”in rəhbəri "Gold faces of Azerbaijan – 2022” mükafatına layiq görülür. Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ona "Türk dünyasında ilin iş adamları” fəxri adı ilə "Altın Yıldız” medalı təqdim edir… Bununla yanaşı onun bəzi mükafatlandırmalardan şəhid və qazi ailələri də narahatdır. Şəhid Heydərov Qadirin atası Ədalət hazırladığı videomüraciətdə oğlunun Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması üçün döyüşüb şəhid olduğunu xatırladıb. Oğlunun yalnız "Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bildirən Ədalət Heydərov Ruhi Əliyevanın müxtəlif təltifetmələrinə etiraz edib. Hətta şəhid ailəsi və qazilər Prezidentə müraciət hazırlayır. Çünki onların fikrincə, Müdafiə Nazirliyinin Ruhini qəhrəmanlaşdırması biabırçılıqdır. Onu da deyək ki, Ruhi Əliyevaya "Topçu Ruhi” də deyirlər. Müdafiə Nazirliyinin icazəsi ilə 1 dəfə Tərtərdə top atıb. Yəni özünü mərminin, topun, tankın önünə verən oğulların layiq olduğu təriflərin Ruhiyə yağdırılması acınacaqlı durumdan xəbər verir. Buna xalqda döyüş ruhunun sındırılması adı da vermək olar. Bu iş isə Rusiya və Kremlin ölkəmizdəki 5-ci kolonuna sərf edir. Bu gün Putinin ən yaxın dostlarından olan İlham Rəhimovun uşaqlarının anası reklam olunursa, 5-ci kolon iş başındadır. Amma Azərbaycan əhalisi görüntüdən doyub və yalnız əməl, konkret addım qiymətləndirməsi aparır. Yəni Ruhi deputat olsa, bu, seçici sevgisi və istəyi deyil. Yaxud mədəniyyət naziri postunu tutsa, yenə də bu, sadə vətəndaşların ağlından keçmir. Ruhinin vəzifə halallığı verilibsə, bunu yalnız son illər aktuallaşan kadr islahatları ilə bəraətləndirmək mümkündür. Gender bərabərliyi donu da yaraşar ki, doğrudan da qadınlara yüksək vəzifələr verilir. Guya Ruhidən başqa vəzifəyə layiq ALİ SAVADLI kadr yoxdur? Digər tərəfdən sahibkarın, iş adamının dövlətdə vəzifəsi tutması, deputatlıq mandatı alması normaldırmı? Azərbaycanda hə! Mənbə: KONKRET.az Geri qayıt |