Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Qarabağda Bakı ilə əsas danışıqçı işdən çıxarılıb
Qarabağda Bakı ilə əsas danışıqçı işdən çıxarılıb8-01-2023, 14:37. |
Qarabağda “Təhlükəsizlik Şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. Müvafiq fərmanı şənbə günü “prezident” Araik Arutyunyan imzalayıb. Civilazerbaijan.com bildirir ki, bu barədə yanvarın 7-də günorta Ermənistan KİV bildirib. Balasanyanın yerinə əvvəllər Qarabağın “Milli Təhlükəsizlik Xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan təyin edilib. “İşdən çıxarılmanın səbəbi açıqlanmır, lakin yerli müşahidəçilər dəfələrlə qeyd ediblər ki, Balasanyanla Qarabağ separatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Ruben Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib. Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxsdir. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər. Öz növbəsində Azərbaycan rəhbərliyi bildirib ki, Qarabağ ermənilərilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq. Turanın məlumatında qeyd olunur ki, Balasanyanın çıxarılması separatçıların rəhbərliyində ziddiyyətlərin artmasından xəbər verir. Bakı ilə danışıqlar aparmağa hazır olanların kənarlaşdırılması o deməkdir ki, Vardanyan Azərbaycan hakimiyyətilə sərt qarşıdurma xəttini davam etdirmək niyyətindədir ki, bu da silahlı qarşıdurmaya apara bilər. Geri qayıt |