Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub: ölən və yaralananlar var

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub: ölən və yaralananlar var


27-01-2023, 13:10.
title}


27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Civilazerbaijan.com
bildirir ki, XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Bildirilib ki, səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

* * *

Qeyd edək ki, İran hakimiyyəti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsin saxlanıldığını təsdiqləyib. Onun adı açıqlanmır.

İRNA agentliyinin məlumatına görə, Tehranın polis rəisi Hüseyn Rəhimi bildirib ki, hücum edən şəxs iki uşağı ilə səfirliyə daxil olub. İlkin məlumatlara görə, hücumun səbəbi “şəxsi və ailəvi problemlərdir".
Geri qayıt