Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Salamnews və Interaz rəhbərliyinin İranla əlaqələri araşdırılır

Salamnews və Interaz rəhbərliyinin İranla əlaqələri araşdırılır


1-02-2023, 13:41.
title}


Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində yanvarın 31-də Bakıda Salamnews.org informasiya resursunun maliyyə məsələlərinə görə cavabdeh olan əməkdaşı saxlanılıb. Eyni zamanda Rusiyada bu saytın təsisçisi, daha çox Hacı Mətləb kimi tanınan Mətləb Bağırov saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan Agentliyi məlumat yayıb.

DİN-in vədlərinə baxmayaraq, bu məsələ ilə bağlı heç bir rəsmi məlumat dərc olunmayıb. Eyni zamanda, hökumətyönlü KİV-lər "İran casus şəbəkəsinin" aşkar edildiyi və həbs edildiyi haqqında məlumat yayıb.

Yanvarın 31-də "casusların" sayı 7 nəfər idi, fevralın 1-də isə 39 nəfərə çatıb.

DİN-in mətbuat xidməti 39 nəfərin saxlanılması faktını təsdiq edib. Amma cinayət işi açılıb-açılmadığı, həbs olunanlar varsa, qərarı hansı məhkəmənin çıxardığı və CM-in konkret olaraq hansı maddələri ilə ittiham irəli sürüldüyü açıqlanmayıb.

Casuslara qarşı mübarizə aparmalı olan Dövlət Təhlükəsizliyi Xidməti susur, polisin niyə bu qurumun funksiyalarını üzərinə götürdüyü aydın deyil.

İstənilən halda, hakimiyyətin İranyönlü qurumları və şəxsləri zərərsizləşdirməyə başladığı aydındır. Göründüyü qədər, bu, hələ başlanğıcdır.

Interaz və Salamnews.org saytlarına gəlincə, onlar ikin olaraq Rusiyada qeydiyyatdan keçiblər.

2016-cı ildə bu resursları İranda və Suriyada dini təhsil almış Mətləb Bağırov alıb. Onların Bakıdakı ofisləri Yasamal rayonunda bir binada yerləşir.

Bu resursların televerilişləri Türkiyənin "Türksat" peyki vasitəsilə yayımlanır. Dini təbliğatçılar və İran rejiminin tərəfdarları tez-tez verilişlərin qonağı olur.

2017-ci ildə Salamnews xəbərlərin fars dilində yayımlanacağını anons edib, amma bu, hələ də baş verməyib.
Geri qayıt