Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Azərbaycan öz torpaqlarını geri qaytarıb - SERGEY LAVROV

Azərbaycan öz torpaqlarını geri qaytarıb - SERGEY LAVROV


2-02-2023, 18:19.
title}


"Azərbaycan öz ərazilərini geri qaytarıb".

Civilazerbaijan.com
bildirir ki, bunu fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri “Rossiya 24” və RİA Novosti informasiya agentliyinə müsahibəsində bildirib.

Ermənistan və Azərbaycan sərhədinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı missiyasının göndərilməsinin mümkünlüyünə gəlincə, Lavrov qeyd edib ki, bu xahiş 2022-ci ilin sentyabrında, “zorakılıqların artdığı və hər iki tərəfdən 300-ə yaxın adamın öldüyü” vaxtda Yerevandan gəlmişdi.

Bu plan həyata keçirilmədi, çünki Yerevanda sammitdə erməni tərəfi tələb etdi ki, sənəddə “Azərbaycanın hərəkətləri qəti şəkildə pislənilsin”. Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi

Uzun illər Ermənistan Qarabağ ətrafında 7 rayonu işğal edib və Rusiya məsələni siyasi yolla həll etməkdən ümidini itirib. “Rusiya variantlar təklif edirdi, ancaq Ermənistanın əvvəlki rəhbərliyi onları qəbul etmirdi, heç vaxt iddia etmədiyi əraziləri saxlamaq istəyirdi. Amma bəli, Azərbaycan özünə məxsus olan torpaqları geri qaytardı”, - Lavrov deyib.

Sonra Lavrov işarə edib ki, Moskva necə davam edəcəyini bilmir, çünki Yereva və Bakı 1991-ci il tarixli Alma-Ata bəyannaməsi nəzərə alınmaqla sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənədi Avropa İttifaqı ilə razılaşdırıblar, Turanın məlumatında qeyd olunur.

“Moskva üçün gələcək addımlarını müəyyən etmək çətindir. Çünki Alma-Ata bəyannaməsində deyilir ki, yeni müstəqil dövlətlər arasında sərhədlər Sovet İttifaqının, müttəfiq respublikaların, o cümlədən Ermənistan SSR və Dağlıq Qarabağ Muxtar Vilayətinin daxil olduğu Azərbaycan SSR-in inzibati sərhədləri boyunca keçəcək.
Geri qayıt