Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Qarabağdakı ermənilər 2 ay sonra mühasirədə olmadıqlarını etiraf edirlər

Qarabağdakı ermənilər 2 ay sonra mühasirədə olmadıqlarını etiraf edirlər


11-02-2023, 16:50.
title}


Fevralın 11-də Laçın yolunda azərbaycanlıların ekoloji piketə başlamasının 60 günü tamam olur. İki ay ərzində Qarabağ separatçılarının rəhbərliyi mühasirədə olduqlarını iddia edib, baxmayaraq ki, hər gün piketin keçirildiyi yerdən hər iki istiqamətdə ərzaq və digər yüklər daşıyan onlarla yük maşını keçib.

Civilazerbaijan.com
bildirir ki, bəzi ölkələrdə ermənipərəst dairələr rəsmi Bakını Qarabağ ermənilərinin ac qalmasına səbəb olmaqda ittiham edirlər.

Amma nadir hallarda da olsa, həqiqət mətbuata düşür. Ekoloji piketin 61-ci günündə Xankəndində yaşayan bloger David Stepanyan etiraf edib ki, əslində mühasirə yoxdur. Həm də "Mühasirədə iki ay" sərlövhəli yazısında buna dair faktlar göstərib.

O, belə yazır:

"...mühasirə dövründə əhalimiz heç bir yardım almayıb, yüklər gəlir, amma onların içindəkilər əhaliyə üç dəfə baha satılır, həm də bunun üçün fevral şaxtasında saatlarla növbədə dayanmaq lazım gəlir.

Bir limon əvvəllər 200 dram idi, indi 500 dramdır, üç ağ balıq əvvəllər 1000 dram idi, indi biri bu qiymətədir. Snikersləri 250 drama satırdılar, indi qiyməti 300 dramdan 800 drama qədər dəyişir. Bunun adı spekulyasiyadır. Və sual yaranır, humanitar yüklərdən kim qazanır...".

1 erməni dramı 0,0043 Azərbaycan manatına bərabərdir.

Bloger həmçinin bildirib ki, Qaqik Tsarukyan, Ermənistanlı milyarder övladları mühasirə dövründə dünyaya gələn bütün valideynlərə lazımi yardımı göstərəcək. "Bir də o, Arsaxa ərzaq, dərman və humanitar yük daşıyan 10 yük maşını göndərdiyini deyib".

Belə bir sual yaranır ki, ermənilərin iddia etdiyi kimi region Azərbaycanlılar tərəfindən mühasirəyə alınıbsa, Tsarukyan 10 yük maşınını Qarabağa necə göndərəcək?

Əlavə edək ki, fevralın 8-də Rusiya sülhməramlılarının əhalinin həyat təminatı üçün zəruri olan bütün yükləri daşıyan 62 avtomobili Xankəndi-Laçın yolundan maneəsiz olaraq keçib. Etiraz aksiyasının iştirakçıları humanitar məqsədlərlə istifadə olunan nəqliyyatın hərəkətinə mane olmur.

Turanın məlumatında qeyd olunur ki, 2022-ci il dekabrın 12-də bir qrup Azərbaycanlı ekoloji fəal ermənilərin Qarabağ iqtisadi zonasında "Qızılbulaq" və "Dəmirli" qızıl və mis-molibden mədənlərini qanunsuz istismar etməsinə etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunu bağlayıb.

Bu ərazi Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındadır.

Aksiya qanunsuz istismar olunan mədənlərin monitorinqini aparmaq üçün gedən Azərbaycan dövlət qurumlarının nümayəndələrinin ermənilər tərəfindən buraxılmamasından sonra başlayıb.

Aksiya iştirakçıları həyat təminatı yüklərini - ərzaq, dərman, sənaye məhsulları və s. daşıyan maşınların keçidinə mane olmur.

Rəsmi Bakı Yerevanın Qarabağın ermənilər məskunlaşan hissəsinin tamamilə mühasirəyə alınması haqqında bəyanatını təkzib edir.
Geri qayıt