Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > “Persona-non-grata” elan edilən İran diplomatları Azərbaycandan gedirlər
“Persona-non-grata” elan edilən İran diplomatları Azərbaycandan gedirlər7-04-2023, 17:48. |
Aprelin 6-da persona non-qrata elan edilmiş dörd iranlı diplomatın Azərbaycandan çıxması prosesinə başlanılıb. Civilazerbaijan.com bildirir ki, bu barədə aprelin 7-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Həmin şəxslərin fəaliyyətinin diplomat statusuna uyğun olmadığı tanınıb. Onlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilb. Ölkədən çıxarılan diplomatların vəzifəsi açıqlanmır. Onların adları belədir: Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər. Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi AR Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. Geri qayıt |