Əsas Səhifə > Azərbaycan / Economics / Video / Manşet > Laçın-Xankəndi sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

Laçın-Xankəndi sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb - VİDEO


26-04-2023, 12:43.
title}


Azərbaycanın Ermənistanla sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iştirak edib.

Azərbaycan Dövlət Sərhəd Xidməti öz saytında aprelin 23-də Laçında təsis edilmiş yeni nəzarət-buraxılış məntəqəsindən videokadrlar dərc edib.

Kadrlarda məntəqədə Azərbaycan bayrağının ucaldılması, sərhədçilərin şəxsi heyətinin formalaşdırılması və ölkə rəhbərliyinə məruzə edilməsi ilə keçən təntənəli açılış mərasimi əksini tapıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.


Geri qayıt