Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İlkin Süleymanova hökm oxunub

İlkin Süleymanova hökm oxunub


5-06-2023, 14:04.
title}


Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 2020-ci il yanvarın 6-da kənddə yandırılmış meyitin tapılmasıyla bağlı iki ildir davam edən məhkəmə prosesi yekunlaşıb. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova hökm oxunub.

Civilazerbaijan.com
bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 18 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidi.

Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Geri qayıt