Əsas Səhifə > Azərbaycan > Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək
Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək9-04-2017, 15:45. |
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək. SİVİL.AZ xəbər verir ki, Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Ə. Amaşov iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq. Ə. Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır. Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq. Geri qayıt |