Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > Nazirlik içində nazirlik - KOBİA niyə öz rəhbərliyini varlandırır
Nazirlik içində nazirlik - KOBİA niyə öz rəhbərliyini varlandırır3-07-2023, 15:36. |
Azərbaycanda sahibkarlığın inkişafı məqsədi ilə 2017-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. 2018-ci ildə dövlət başçısı Agentliyin nizamnamə və strukturunu təsdiq edib. İqtisadiyyat nazirliyinin tabeliyində fəaliyyət göstərən Agentik publik hüquqi şəxsdir. Civilazerbaijan.com bildirir ki, agentliyin məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İqtisadiyyat nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Agentliyin üç zonada - Bakı, Yevlax, Xaçmaz şəhərlərində KOB evi var. Agentliyin rəsmi saytında yazılan məlumata görə bu KOB evlərində sahibkarlara 200-dən artıq xidmət göstərilir. Lakin Azərbaycan mediasında və sosial şəbəkələrində yazılan məlumatlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məqsədi doğrultmadığı, hər il dövlət büdcəsindən milyonlarla vəsait xərclənən bu qurumun yalnız bir neçə nəfəri varlandırdığı deyilir. KOBİA-da müasir biznes təfəkkürü - Sahil bağında kababxana Azərbaycanda vətən müharibəsinin ən şiddətli dövründə - hər gün kasıb insanların qapısına tabutlar gəldiyi vaxtlarda KOBİA paytaxt Bakının mərkəzində -Sahil bağında yeni layihəsini təqdim etdi. KOBİA-nın bu layihəsi Bakı sakinlərinə təxminən 1990-cı illəri xatırladırdı. O illərdə dövlət strukturlarının nəzarətsizliyi başlayanda səliqə-sahmanı ilə göz oxşayan Bakının küçələrində, parklarında qaraçı budkaları peyda olur, hər yer bazara çevrilirdi. KOBİA da vətən müharibəsinin ən gərgin zamanlarında Sahil bağında kababxana açan sahibkara dəstək verərək özünü hədəfə gətirmişdi. Səslənən iddialara görə Sahil bağında o zaman biznes proyekti kimi tikilən kababxana KOBİA rəhbərliyində trəmsil olunan şəxslərdən birinə aid idi. Lakin sosial şəbəkələrdə qapısına, qonşusuna, qohumuna cəbhədən tabutlar gələn insanların kəskin reaksiyasından sonra KOBİA qısa zamanda Sahil bağındakı "projesinin" fəaliyyətini dayandırdı. Agentliyin rəhbərliyində olan şəxslər necə varlanır? Məqsədi kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti nədənsə sahibkarlardan daha çox öz rəhbərliyində təmsil olunan şəxsləri inkişaf etdirir, varlandırır. KOBİA-da dövlətdən maliyyə dəstəyi alan startap layihələrin böyük əksəriyyətinin Agentliyin rəhbərliyində təmsil olunan şəxslərə, onların dostlarına məxsusdur. KOBİA rəhbərliyində təmsil olunan şəxslərin qısa zamanda sürətlə varlanmaqlarına gəldikdə isə bu barədə səslənən fikirlər həqiqətdən heç də uzaq deyil. Məsələn, bu yaxınlarda belə bir mövzuda Azərbaycan mediasında məlumatlar yayıldı. Həmin məlumatda KOBİA-da Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin işlədiyi qısa müddət ərzində özünə xeyli əmlak aldığı yazılırdı. Belə ki, 2020-ci ildə Bakıxanov qəsəbəsi Sakit Qocayev küşəsində 85 kvadratmetr sahəsi olan mənzil və iki qaraj, 2021-ci ildə Novxanı qəsəbəsində bağ evi alan Mahir Cəbiyevin bahalı avtomobillər kolleksiyasının olduğu da bildirilirdi. KOBİA-da Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavininin 77 HD 549 dövlət nömrə nişanlı, AUDİ A6 markalı avtomobili 46 min ABŞ dollarına 2019-cu ildə, 10 OK 050 dövlət nömrə nişanlı, AUDİ A7 markalı avtomobili isə 05.01.2023-cü ildə 75 min ABŞ dollarına, həyat yoldaşının idarə etdiyi 10 OY 050 İX markalı avtomobilin qıyməti isə 35 min ABŞ dollarınadır. Bu sadalananlar Mahir Cəbiyevin son illər əldə etdiyi əmlaklarının az bir hissəsidir. Məlumatlara görə, qohum-əqrəbasının adına da bir neçə mənzil və bağ evi alıb, onların adına şirkərlər açaraq biznes fəaliyyəti ilə də məşğuldur. Yayılan bu məlumatlara KOBİA rəsmi olaraq heç bir açıqlama verməyib. Yuxarıda da qeyd etdiyimiz kimi KOBİA rəhbərliyində olan şəxslərin özlərinin və dostlarının şirkətlərinin, layihələrinin dövlət dəstəyindən daha çox yararlandığını yazmışdıq. Əldə etdiyimiz səhih məlumatlarda KOBİA-nın keçirdiyi dövlət satınalmalarında da əsasən "dost şirkət"lərin bir qayda olaraq qalib elan edildiyi vurğulanır. Bu barədə daha geniş yazımız olacaq. Geri qayıt |