Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Elçin Sadıqovun Vəkillər Kollegiyasında üzvlüyü dayandırılıb
Elçin Sadıqovun Vəkillər Kollegiyasında üzvlüyü dayandırılıb7-07-2023, 13:54. |
İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub. Civilazerbaijan.com bildirir ki, Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilən vəkillərdən biri Elçin Sadıqovdur. Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır. Sadıqov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir. “Son vaxtlar işgəncələrə qarşı çıxırdım. Facebook səhifəsində işgəncə faktlarını ictimailəşdirirdim ki, bunun qarşısını ala bilim. Bir neçə vətəndaşın da azảdlığına nail olmuşdum. Ona görə də göstəriş gəlib ki, məni kollegiyadan çıxarsınlar”, o qeyd edib. Vəkil bildirib ki, Rəyasət Heyəti intizam icraatına onun iştirakı olmadan baxıb. “Həm də özü özünə etiraz etməli şəxs intizam icraatını aparıb. Ona görə müraciət edəcəm ki, intizam icraatını təkrar aparsınlar”, o qeyd edib. Öz növbəsində Vəkillər Kollegiyasından Amerikanın Səsinə bildirblər ki, Sadıqovun kollegiyadan siyasi səbəblərlə uzaqlaşdırılması barədə dedikləri “tamamilə həqiqətə uyğun deyil, yalandır”. “Rəyasət Heyəti onun barəsində yol verdiyi qeyri-qanuni hərkətlərə görə qərar qəbul edib. Eynulla Fətillayev kollegiyaya müraciət edib. Sadıqovun özü də Eynulla Fətullayevin şikayətində yazılanları publik qaydada etiraf edib”, kollegiyadan Sadıqovun bu il martın 28-də facebook səhifəsində yazdığı statusa istinad etdiklərini bildirblər. Öz növbəsində Eynulla Fətullayevin rəhbəri oldu Haqqin.az saytı yazıb ki, qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib, Amerikanın Səsinin məlumatında qeyd olunur. “Xatırladaq ki, vəkil Elçin Sadıqov həbsdə olan iş adamı, “Baku Steel Company” metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallıya 20 min manat rüşvət verməkdə təqsirli bilinib. Lakin bir neçə gün sonra Əvəz Zeynallı Rasim Məmmədovun fəaliyyətini tənqid etməkdə davam edib. Rasim Məmmədovun yaxın dostu, jurnalist Fətullayev Elçin Sadıqovla Əvəz Zeynallı arasında rüşvətin verilməsinin təfərrüatları və jurnalistin üzərinə götürdüyü öhdəliklərin müzakirə edildiyi söhbətin audio yazısını yayıb. Səs yazısı ictimailəşdikdən sonra jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılıb. Vəkil ifadəsində jurnalistin iş adamını tənqid etməyəcəyi üçün Əvəz Zeynallıya 20 min manat rüşvət verdiyini təsdiqləyib. Lakin Zeynallı “centlmen sövdələşməsini” pozub. Hadisədən dərhal sonra jurnalist Eynulla Fətullayev Vəkillər Kollegiyasına müraciət edərək peşə fəaliyyətini kobud şəkildə pozan vəkil Sadıqovun barəsində tədbir görülməsini istəyib”, xəbərdə qeyd olunub. Geri qayıt |