Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > İlqar Məmmədovdan REAL partiyasının buraxıla biləcəyi ilə bağlı AÇIQLAMA

İlqar Məmmədovdan REAL partiyasının buraxıla biləcəyi ilə bağlı AÇIQLAMA


17-07-2023, 15:23.
title}


Ədliyyə Nazirliyi REAL-ın qeydiyyat üçün təqdim etdiyi 5 min üzvlük sənədini qəbul etməyib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə iyulun 17-də Partiyanın sədri İlqar Məmmədov sosial media hesabında məlumat yayıb.

İ.Məmmədovun aşıqlamasına görə, Ədliyyə Nazirliyindən REAL -a göndərilən rəsmi cavabda deyilir ki, reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb:

"986 nəfərin partiyaya üzv olmadığı bildirilib. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsinin göstərilməsi məqbul sayılmayıb. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.

"Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu.

Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq.

Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik", - deyə İ. Məmmədov açıqlamasında vurğulayıb.
Geri qayıt