Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Brüssel görüşündə konkret nəticə əldə olunmadı - NİKOL PAŞİNYAN

Brüssel görüşündə konkret nəticə əldə olunmadı - NİKOL PAŞİNYAN


20-07-2023, 17:17.
title}


İyulun 15-də Brüsseldə üçtərəfli görüşdə Laçın dəhlizinin açılması və Qarabağda humanitar böhranın qarşısının alınması yönündə konkret nəticə əldə olunmayıb.

Civilazerbaijan.com
bildirir ki, bunu iyulun 20-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Brüsseldə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

“Siyasi baxımdan Aİ Şurasının prezidenti iclasın yekunlarına dair bəyanatında Laçın dəhlizinin açılmasının zəruriliyini, eləcə də Stepanakert (Xankəndi) və Bakı arasında dialoq vasitəsilə təhlükəsizlik və Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsinin həllinin vacibliyini vurğulayıb.

Biz əminik ki, beynəlxalq müdaxilə və mexanizmlərsiz bu dialoq effektiv ola bilməz, ona görə ki, Bakı Dağlıq Qarabağ ermənilərinə qarşı aqressiv və hədələyici ritorikasını davam etdirir. Bunun dərin məqsədi isə, fikrimizcə, Dağlıq Qarabağda etnik təmizləmədir”, – Paşinyan vurğulayıb.

Rəsmi Bakı Qarabağda etnik təmizləmə aparmaq niyyəti haqda ittihamları indiyədək təkzib edib, Qarabağdakı ermənilərin öz vətəndaşları olduğunu bildirib.

Ermənistanın Baş naziri onu da qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlar yerinə yetirilməyib. Bu qərarlarda Azərbaycan üzərinə Laçın dəhlizini açmaq öhdəliyi qoyulur, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Paşinyanın fikrincə, bu müddətdə Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərmək zərurəti daha da kəskinləşib: “Eyni zamanda, Stepanakert və Bakı arasında beynəlxalq dialoq mexanizminin formalaşdırılması vəziyyətdən ən konstruktiv çıxış yoludur və bu istiqamətdə bütün səyləri göstərmək lazımdır”.
Geri qayıt