Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Fazil Mustafaya qarşı sui-qəsdə ittiham olunanlar haqqında MƏHKƏMƏ QƏRARI

Fazil Mustafaya qarşı sui-qəsdə ittiham olunanlar haqqında MƏHKƏMƏ QƏRARI


21-07-2023, 17:46.
title}


Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd törətməkdə ittiham olunan şəxslərin həbs qətimkan tədbiri uzadılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə iyulun 21-də APA məlumat yayıb.

Bildirilir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlar barəsində həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

Fazil Mustafa martın 28-də Zabrat qəsəbəsində, evinin qarşısında silahlı hücuma məruz qalıb. Ona “Kalaşnikov” avtomatından çoxsaylı atəş açıldığı, deputatın çiyin nayihəsindən və ayağından güllə yarası aldığı bildirilib.

DTX deputata qarşı silahlı hücumun terror aktı olduğunu bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyi isə martın 31-də yaydığı bəyanatda bildirib ki, Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktı ilə bağlı istintaqın ilkin izləri İrana gedib çıxır.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Geri qayıt