Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Dövlət Departamentindən Qubad İbadoğlunun həbsi haqqında AÇIQLAMA

ABŞ Dövlət Departamentindən Qubad İbadoğlunun həbsi haqqında AÇIQLAMA


25-07-2023, 12:40.
title}


ABŞ Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə iyulun 25-də Dövlət Departamentinin sözçüsü Metyu Miller “Turan”ın müxbirinin suallarını cavablandırarkən danışıb.

Metyu Miller Birləşmiş Ştatların insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qaldığını vurğulayıb.

O, Azərbaycan hakimiyyətinə çağırış edib:

“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən, Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”.

Qeyd edək ki, iyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Vəkil Zibeydə Sadıqova ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.
Geri qayıt