Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?


2-08-2023, 14:00.
title}


Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) yolların əsaslı təmir olunması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Civilazerbaijan.com
bildirir ki, Qaynarinfonun məlumatına görə, tenderin qalibi "Təmir-Təchizat-4” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720.131,46 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Təmir-Təchizat-4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.

"Təmir-Təchizat-4” MMC 18 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə telefonları var. Elburus Həsənov haqqında da heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlara diqqət etdikdə "Təmir-Təchizat-4” MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur. Şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların iri məbləğli tenderlərinin qalibi olur.

Yeri gəlmişkən, Qaradağ MKTİB ötən il də yolların təmiri ilə bağlı "Təmir-Təchizat-4” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 720.146,68 AZN olub. Beləliklə, aydın olur ki, ötən il yolların təmirinə 720 min manat xərcləyən MKTİB hansısa səbəblərdən bu il də yollara 720 min manat xərcləmək zərurəti yaranıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir. Ümumiyyətlə isə Süleyman Mikayılovun icra başçısı kimi karyerası 2005-ci ildən başlayır. O, həmin ilin mayında Yardımlının icra başçısı vəzifəsi təyinat alıb. 2005-ci ilin dekabrında isə Lənkəranın icra başçısı təyin edilib və 2010-cu ilə qədər bu rayona rəhbərlik edib. Mediada Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs kimi təqdim edilir. Onun karyera yüksəlişində də nazirin böyük rolunun olduğu bildirilir.
Geri qayıt