Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > Malik İsaqovun yaşıllaşdırma işləri - 138 min manat...
Malik İsaqovun yaşıllaşdırma işləri - 138 min manat...22-08-2023, 13:02. |
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub. Xəbəri "32gun.az" saytı yayıb. Bildirilir ki, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elçin Məhəmməd oğlu Vəliyevdir. Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi. "R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı. Qubadlı rayonu icra hakimiyyətinin başçısı Malik İsaqovdur. Geri qayıt |