Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Gürcüstan azərbaycanlıları prezident İlham Əliyevə müraciət etdi: Quru sərhədləri açın!

Gürcüstan azərbaycanlıları prezident İlham Əliyevə müraciət etdi: Quru sərhədləri açın!


23-08-2023, 16:07.
title}


Mindən çox Gürcüstan vətəndaşı quru sərhədin açılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Civilazerbaijan.com
bildirir ki, müraciətdə qeyd olunur ki, artıq üç ildir pandemiya ilə əlaqədar Gürcüstan və Azərbaycan sərhədi bağlıdır. Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru da var.

Beləliklə, müraciətdə bildirilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər, eyni zamanda, Azərbaycanda yaşayan Gürcüstan azərbaycanlıları və Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı olan gürcülər var.

“Onlar üçün quru sərhədləri açıb, giriş-çıxış üçün daha ucuz alternativi yaratmağınızı xahiş edirik. Çünki digər ölkələrin vətəndaşlarından fərqli olaraq Gürcüstan və Azərbaycanda yaşayan xalqları biri-biri ilə ailə münasibətləri və bağları birləşdirir. Bundan əvvəl müəyyən qrup insanlar sizə müraciətlər ediblər və öz narahatlıqlarını bildiriblər. Bu müraciətə yalnız Gürcüstan azərbaycanlıları deyil, eləcə də Azərbaycanda yaşayan gürcü vətəndaşları da qoşulub”, – müraciətdə bildirilir.

Petisiyaya mindən çox insan imza atıb və onlar müvafiq orqanlara alternativ giriş-çıxış imkanları yaratmaq, quru sərhədi keçmək üçün güzəştlər və imkanlar yaradılmasını xahiş ediblər.

Petisiya Gürcüstanda insan haqları üzrə fəaliyyət göstərən Samirə Bayramovanın təşəbbüsü ilə yaradılıb. Məlumatda bildirilir ki,o, bu addımı Qırmızı Körpü buraxılış məntəqəsində çarəsiz qalan və təyyarə bileti üçün maddi imkanları olmayan şəxslərin faciəvi durumunu nəzərə alaraq atıb.

Məlumatda bildirilir ki, minlərlə şəxs maddi vəziyyətinin ağırlığı, yaxud sağlamlığı baxımından hava yollarından istifadə edə bilmir.

Gürcüstan 2021-ci il iyunun 1-dən bütün quru sərhədlərini açıb. Lakin Azərbaycanda 3 ildən artıqdır ki, qonşu ölkələrlə quru sərhədlər bağlıdır. Qarşılıqlı gediş-gəlişin olması üçün Azərbaycan tərəf də sərhədini açmalıdır, lakin açmır. Səbəb kimi COVİD 19 pandemiyası göstərilir.

Baxmayaraq ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə qadağalar aradan götürülüb. Lakin Azərbaycan quru sərhədlərini açmır, səbəb kimi isə COVİD 19 pandemiyasından qorunmağı əsas gətirir, Meydan TV-nin məlumatında qeyd olunur.

Müstəqil ekspertlər isə quru sərhədlərinin bağlı qalmasının altında fərqli səbəblər olduğunu bildirirlər.
Geri qayıt