Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb - FOTOLAR

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb - FOTOLAR


21-09-2023, 12:33.
title}


Sentyabrın 21-də Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Civilazerbaijan.com
bildirir ki, AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan mərkəzi hakimiyyətini Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinləri adından isə görüşdə Sergey Martirosyan və David Melkumyan iştirak edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

AZƏRTAC-in məlumatına görə, görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunur.








Geri qayıt