Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Video / Manşet / Üst manşet > Ruben Vardanyan terrorçuluğu maliyyələşdirmə və digər ittihamlarla həbs olunub - VİDEO

Ruben Vardanyan terrorçuluğu maliyyələşdirmə və digər ittihamlarla həbs olunub - VİDEO


28-09-2023, 13:07.
title}


Qarabağdakı separatçı rejimin keçmiş "dövlət naziri", milyarder Ruben Vardanyana terrorizmin maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və Azərbaycan sərhədini qanunsuz keçməklə bağlı cinayət ittihamı irəli sürülüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə bu gün Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Toplanılmış sübutlarla Ermənistan Respublikasının vətəndaşı, Ruben Vardanyanın (1968-ci ildə anadan olub) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müəyyən edilib ki, Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib.

Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir, məlumatda deyilir.

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə Ruben Vardanyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Geri qayıt