Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Araik Arutyuyan saxlanılıb - FOTO
Araik Arutyuyan saxlanılıb - FOTO3-10-2023, 23:30. |
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti” Araik Arutyunyanı saxlayıblar. O, hazırda Bakıya gətirilir. Civilazerbaijan.com bildirir ki, Araik Arutyunyanı Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb. Qeyd edək ki, bundan bir qədər öncə Qarabağdakı separatçıların keçmiş "prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun” partiyasının "Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən Müharibəsinin qələbə ilə bitməsindən sonra üçtərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib. Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib. Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib. Geri qayıt |