Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycan hakimiyyəti yerli ermənini Xankəndiyə komendant təyin etdi
Azərbaycan hakimiyyəti yerli ermənini Xankəndiyə komendant təyin etdi4-10-2023, 11:46. |
Sarqis Qalstyan Azərbaycan prezidentinin administrasiyası tərəfindən Xankəndinin komendantı təyin edilib. Civilazerbaijan.com bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Eyni mənbələrə görə, Qalstyan bundan əvvəl qondarma separatçı rejimin “Təhsil Nazirliyi”nin aparat rəhbərinin müavini olub. Vaxtilə o, həm də Şuşa rayonunun işğal idarəsinin məmuru olub., Turanın məlumatında qeyd olunur. Əvvəllər Şuşadakı “Avan Plaza” mehmanxanasının direktoru, 90-cı illərdə isə ictimai diplomatiyanı müdafiə edən fəal olub və tez-tez Bakıya gəlib. O, İrəvana köçən qohumları ilə əlaqə saxlayıb. Xankəndidə olduğunu və Azərbaycana xidmət etdiyini deyib, Azərbaycan KİV-nin məlumatında qeyd olunur. Geri qayıt |