Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Mixail Saakaşvilinin Azərbaycan və Ermənistan rəhbərliyinə MÜRACİƏTİ
Mixail Saakaşvilinin Azərbaycan və Ermənistan rəhbərliyinə MÜRACİƏTİ25-10-2023, 13:56. |
"Hazırda Cənubi Qafqazda, xüsusən Azərbaycanın öz ərazisi - Naxçıvan ilə quru yolu ilə birbaşa əlaqəni təmin edə biləcək dəhlizlə əlaqədar potensial hərbi qarşıdurma təhlükəsi ilə qarşılaşmışıq". Civilazerbaijan.com bildirir ki, bu barədə Gürcüstan sabiq prezidenti və Odessa bölgəsinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Azərbaycan və Ermənistan rəhbərliyinə müraciətində deyilir. Müraciətdə daha sonra deyilir: "Etiraf etmək lazımdır ki, Rusiya bu münaqişəni qızışdırmaqda maraqlıdır. Belə bir müharibə təkcə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmayacaq, həm də Ermənistanda hökumətin dəyişməsinə gətirib çıxara bilər. Lakin bu məsələnin güc tətbiqini nəzərdə tutmayan alternativ həll yolları var. Azərbaycan və Ermənistan rəhbərliyindən mümkün nümunə kimi Ukrayna və Moldova arasında mövcud olan razılaşmanı nəzərdən keçirməyi xahiş etmək istərdim. Bu iki ölkə bir-birinin sərhədini tanıyaraq, yaxşı qonşuluq münasibətləri saxlayırlar. Ukraynanın Odessa şəhərindən Odessa bölgəsinin cənub hissəsinə çıxışa ehtiyacı olduğu zaman Moldova həvəslə Dnestryanından keçən yolu icarə verməyə razılaşıb. Keçmiş Odessa qubernatoru olaraq Ukraynanın Bessarabiya bölgəsinə getməli olduğum zaman Ukrayna sərhədçilərinin nəzarəti altında olan bu icarəyə götürülmüş yoldan (bu yolu mən təmir etmişdim) tez-tez istifadə etmişəm. Moldova bu sazişdən ticari mənfəət əldə edir. Azərbaycan və Ermənistan arasındakı vəziyyətə buna bənzər həllin tətbiq edilməsi hər iki ölkə üçün sərfəli olardı. Ermənistan ticari və maliyyə üstünlükləri, habelə mühüm tranzit yollarına çıxış əldə edə bilərdi. Bundan başqa, Azərbaycan gələcəkdə Rusiya qoşunlarının iştirakı zərurətindən yayına bilərdi ki, bu da son nəticədə iki ölkə arasında dinc birgə yaşayışa gətirib çıxarardı", Turanın xəbərində qeyd olunur. Geri qayıt |