Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Sumqayıtda silahlı hücumun qurbanlarından biri Müsavat Partiyasının üzvüdür
Sumqayıtda silahlı hücumun qurbanlarından biri Müsavat Partiyasının üzvüdür28-10-2023, 14:11. |
Bu gün səhər Sumqayıtın Corat bağları massivində törədilmiş silahlı hücumun qurbanlarından biri Müsavat Partiyası şəhər təşkilatının üzvü Dağbəyi Fərəcovdur. Onun qızı Susana Karakaş da bu hücum nəticəsində həyatını itirib. Civilazerbaijan.com bildirir ki, Turan-a Müsavat Partiyasından veriləm məlumata görə, Fərəcovun xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş yaralanıb, Fərəcovların qonşuları – sahə polis müfəttişi Etibar Sarıyev və atası Mehman Sarıyev yaralanıb. Müsavat Partiyasında baş verənlərin siyasi motivli olduğunu hesab etmirlər. Qeyd edək ki, oktyabrın 28-də saat 05.50-yə yaxın Sumqayıt şəhərinin Corat bağları massivində fərdi evə silahlı hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Susana Karakaş və Dağbəyi Fərəcov odlu silahdan açılan atəş nəticəsində ölüblər. Evdə olan Tərlan Fərəcova və Serkan Karakaş, hadisə yerinə gələn qonşular Etibar və Mehman Sarıyevlər isə yaralanıblar, Sumqayıt prokurorluğu bildirib. Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi və tutulması üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, məlumatda deyilir. Geri qayıt |