Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Qarabağda gizlənən erməni gənc Azərbaycan polisinə təslim olub

Qarabağda gizlənən erməni gənc Azərbaycan polisinə təslim olub


3-11-2023, 16:44.
title}


20 yaşlı Rafael Akopyan bir ay Qarabağın meşələrində gizlənib. Bundan sonra Qozluköprü (Getavan) kəndində azərbaycanlı polis əməkdaşları onu görüblər və saxlayıblar.

Civilazerbaijan.com
bildirir ki, Ermənistan teleqram-kanalları məlumat yayıblar ki, o, oktyabrın 22-də Xankəndidən olan qohumlarına zəng edərək polisin onu Qırmızı Xaça təhvil verdiyini deyib.

Bir ay ərzində (sentyabrın 19-da hərbi əməliyyat başlayandan sonra) gənc meşədə gizlənib, boş kəndlərdə qalmış giləmeyvə, meyvə və ərzaqla qidalanıb.

Hələlik Azərbaycan tərəfi bu barədə məlumat verməyib, Turanın məlumatında qeyd olunur.

Xatırladaq ki, daha öncə həmin rayonda 70 yaşlı Mədət Babayanın saxlanılmışdı.
Geri qayıt