Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İbadoğlu və jurnalistlər dərhal azadlığa buraxılmalıdır - THE WASHİNGTON POST

İbadoğlu və jurnalistlər dərhal azadlığa buraxılmalıdır - THE WASHİNGTON POST


4-12-2023, 14:29.
title}


Son günlər Azərbaycanda ard-arda jurnalistlər həbs olunur.

Civilazerbaijan.com
bildirir ki, The Washington Post qəzeti bu həbslərlə bağlı redaksiya məqaləsi dərc edib.

“Avtoritar rejim tərəfindən idarə edilən Azərbaycanda “Abzas Media”nın jurnalistləri üçün xəbərləri çatdırmaq xüsusi bacarıq və cəsarət tələb olunur. Bu saytın başlıqları siyahısında xarici işlər nazirinin ailə sərvəti, prezidentin kürəkəninə görə kəndin yerinin dəyişdirilməsi və milyonlarla ödənilməyən vergisi olan şirkətlərin milyarlarda yeni müqavilələr qazanmasını ifşa edən məqalələri görmək olar. Amma bu ay jurnalistlər bu cürətlərinə gərə bədəl ödədilər,” məqalədə qeyd edilir.

2003-cü ildə atası Heydər Əliyevin ölümündən sonra hakimiyyətdə olan İlham Əliyevin müxalif fikrə və tənqidə heç zaman dözümlü yanaşmadığını qeyd edən The Washington Post “müstəqil medianı susdurmaq üçün saxta qanuni ittihamları istifadə edərək bu cür basqısının” ilk olmadığını əlavə edir.

The Washington Post “Abzas Media”nın əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov və Nərgiz Absalamova, o cümlədən “Kanal 13”ün rəhbəri Əziz Orucovun həbsləri ilə paralel ölkə mətbuatında Qərb insitutlarına ünvanlanan tənqidləri də qeyd edib.

“Rejimin mətbuat orqanları beynəlxalq donor təşkilatları, xüsusən də ABŞ Beynəlxalq İnkişaf Agentliyini tənqid edərək, Azərbaycanın düşməni Ermənistana rəğbət bəslədiklərini, medianı və feminist təşkilatları maliyyələşdirməklə Azərbaycanın siyasi prosesinə müdaxilə etdiklərini iddia edirlər. Dövlət katibi Antoni Blinken noyabrın 28-də cənab Əliyevlə söhbət edərək, “münasibətlərdəki narahatlıq doğuran məqamlar vurğulayıb”.

AmerikanınSəsinin məlumatına görə, məqalənin sonunda Azərbaycan rəsmilərinin iyul ayında korrupsiya və kleptokratiyanı tənqid edən tanınmış iqtisadçı Qubad İbadoğlunun həbs etdiyini və onun hələ də həbsdə olduğu qeyd edir:

“Cənab İbadoğlu və jurnalistlər dərhal azadlığa buraxılmalıdır. Azərbaycan despotuna nə qədər narahatlıq yaratsa da, jurnalistika və azad ifadə cinayət deyil”.
Geri qayıt